Bank Of Baku

"Bitcoin"in qiyməti 64 min dollardan aşağı enib

"Bitcoin"in qiyməti 64 min dollardan aşağı enib
# 17 iyul 2026 08:56 (UTC +04:00)

Kriptovalyuta bazarında eniş davam edir.

APA-Economics” xəbər verir ki, son 24 saat ərzində qlobal kriptovalyuta bazarının kapitallaşması 1,84% azalaraq 2,18 trilyon ABŞ dollarına enib.

Bazarın aparıcı kriptovalyutası olan Bitcoin 1,58% ucuzlaşaraq 63 507 ABŞ dollarına düşüb. “Ethereum”un qiyməti 3,45% azalaraq 1 851 ABŞ dollarına, BNB isə 1,43% geriləyərək 572 ABŞ dollarına enib.

Qızıl əsaslı rəqəmsal aktivlər də dəyər itirib. Tether Gold 1,12%, PAX Gold isə 1,16% ucuzlaşıb.

İlk onluqda ən çox dəyər itirən kriptovalyuta Zcash olub. Onun qiyməti son sutkada 5,04% azalıb. Monero isə 0,12% artımla müsbət dinamika göstərən azsaylı aktivlərdən biri olub.

Qeyd edək ki, kriptovalyuta bazarında satışların güclənməsinə investorların riskli aktivlərdən çıxması, ABŞ-da pul-kredit siyasəti ilə bağlı qeyri-müəyyənliyin davam etməsi və mənfəət realizasiyasının artması təsir göstərir. Bu fonunda bazarda ehtiyatlı əhval-ruhiyyə üstünlük təşkil edir və Qorxu və Tamah İndeksi 32 bənd səviyyəsində qalır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR