Bank Of Baku

“Bitcoin”in qiyməti 65 min dollara yaxınlaşıb

“Bitcoin”in qiyməti 65 min dollara yaxınlaşıb
# 17 noyabr 2026 08:03 (UTC +04:00)

Kriptovalyuta bazarında son günlər qeydə alınan kəskin enişdən sonra qiymətlərdə nisbi sabitləşmə müşahidə olunur. Bununla belə, əsas kriptovalyutaların həftəlik və aylıq qiymət itkisi yüksək olaraq qalır.

“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 0,03% artaraq 64 936,39 ABŞ dolları təşkil edib. Kriptovalyutanın qiyməti son 7 gündə 12,77%, son 30 gündə isə 20,69% azalıb.

“Ethereum”un qiyməti 0,48% artaraq 1 829,88 dollara, BNB-nin qiyməti 0,26% yüksələrək 593,69 dollara çatıb. “Zcash”ın qiyməti isə 3,01% artaraq 918,46 dollar təşkil edib.

Digər kriptovalyutalardan “Monero”nun qiyməti 0,01% artaraq 492,46 dollara, “Bitcoin Cash”in qiyməti 0,49% yüksələrək 209,24 dollara çatıb. “Bittensor”un qiyməti 1% artaraq 193,29 dollara yüksəlib. “Quant”ın qiyməti isə 1,05% azalaraq 153,47 dollara enib.

Qızıl əsaslı kriptovalyutalarda cüzi azalma qeydə alınıb. “PAX Gold”un (PAXG) qiyməti 0,05% azalaraq 3 857,22 dollara, “Tether Gold”un (XAUT) qiyməti isə 0,04% geriləyərək 3 855,49 dollara düşüb.

“CoinMarketCap 20” indeksi son 24 saatda 0,15% artaraq 130,38 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması təxminən 1,31 trln. dollar səviyyəsindədir.

Analitiklərə görə, kriptovalyuta bazarında müşahidə olunan zəif bərpa əvvəlki günlərdəki kəskin satışlardan sonra qiymətlərin sabitləşməsi cəhdi ilə əlaqəli ola bilər. Bununla belə, “Bitcoin”in qiymətinin 65 min dollardan aşağı qalması və əsas kriptovalyutaların son bir ayda ciddi itkilərlə üzləşməsi bazarda ehtiyatlı mövqenin davam etdiyini göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR