Kriptovalyuta bazarında qiymətlər kəskin yüksəlib.
“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitkoin”in qiyməti son 24 saat ərzində 8,08% artaraq 74 758,42 dollara çatıb. Son 7 gündə isə BTC 18,14% bahalaşıb.
“Ethereum” sutka ərzində 4,37% bahalaşaraq 2 351,07 dollar, BNB isə 5,94% artaraq 661,86 dollar olub.
Ümumi kriptovalyuta bazarının kapitallaşması 6,48% artaraq 2,51 trilyon dollara çatıb.
Analitiklərə görə, bazardakı kəskin yüksəlişə ABŞ-də kriptovalyutalar üçün daha əlverişli tənzimləmə gözləntiləri, o cümlədən Prezident Donald Trampın “CLARITY Act” qanun layihəsinin qəbuluna çağırışı və BTC-nin ucuzlaşmasına hesablanmış mövqelərin kütləvi bağlanması təkan verib.