Bank Of Baku

“Bitcoin”in qiyməti 76 min dollardan aşağı enib

“Bitcoin”in qiyməti 76 min dollardan aşağı enib
# 16 sentyabr 2026 08:22 (UTC +04:00)

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti üzrə eniş qeydə alınıb.

APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 2,42% ucuzlaşaraq 75 830,10 ABŞ dollarına enib.

“Ethereum”un dəyəri 3,91% azalaraq 2 401,83 dollara, BNB 0,95% geriləyərək 714,49 dollara, “Zcash”ın dəyəri 0,91% azalaraq 1 135 dollara düşüb. “Monero” 1,06%, “Bitcoin Cash” 1,04%, “Bittensor” isə 5,49% dəyər itirib.

Qızıl əsaslı kriptovalyutalarda isə qarışıq dinamika müşahidə olunub. “PAX Gold” (PAXG) son sutkada 0,51% bahalaşaraq 4 327,59 dollara, “Tether Gold” (XAUT) isə 0,46% artaraq 4 322,32 dollara yüksəlib.

“CoinMarketCap 20” indeksi 2,90% azalaraq 156,27 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması isə 1,52 trln. dollar səviyyəsindədir.

Bazarda geriləməyə əsas səbəb kimi investorların riskli aktivlərdən uzaqlaşması, ABŞ Federal Ehtiyat Sisteminin faiz qərarı ilə bağlı qeyri-müəyyənlik və qlobal bazarlarda ehtiyatlılığın artması göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR