Bank Of Baku

“Bitcoin”in qiyməti 77 min dollara enib

“Bitcoin”in qiyməti 77 min dollara enib
# 31 oktyabr 2026 10:43 (UTC +04:00)

Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində ucuzlaşma müşahidə olunub. “Bitcoin”in qiyməti 77 min dollar səviyyəsinə enib.

“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin” son 24 saatda 1,76% ucuzlaşaraq 77 144,17 ABŞ dollarına düşüb. Kriptovalyutanın qiyməti son 7 gündə isə 4,40% azalıb.

“Ethereum” 0,37% ucuzlaşaraq 2 240,31 dollara, BNB 1,78% ucuzlaşaraq 702,76 dollara enib. “Solana”nın qiyməti 2,31% azalaraq 95,86 dollar təşkil edib.

Digər kriptovalyutalardan XRP geriləyərək 1,24 dollara, “TRON” 0,3242 dollara, “Dogecoin” isə 0,07523 dollara düşüb. Son 24 saatda “Hyperliquid”in qiyməti də 4,48% azalaraq 88,34 dollar olub.

Bununla yanaşı, bəzi rəqəmsal aktivlərdə artım da müşahidə edilib. “Tether” 0,07% bahalaşaraq 0,9988 dollara, “USD Coin” (USDC) isə 0,02% artaraq 0,9997 dollara yüksəlib.

“CoinMarketCap 20” indeksi son 24 saatda 1,41% azalaraq 156,84 bənd təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR