Bank Of Baku

“Bitcoin”in qiyməti yenidən 79 min dollara yaxınlaşıb

“Bitcoin”in qiyməti yenidən 79 min dollara yaxınlaşıb
# 01 sentyabr 2026 08:34 (UTC +04:00)

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə müsbət dinamika müşahidə olunur.

APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 1,16% bahalaşaraq 78 721,07 ABŞ dollarına yüksəlib.

“Ethereum” 2,10% artaraq 2 474,89 dollara, BNB 1,13% bahalaşaraq 693,81 dollara, “Solana” isə 1,74% yüksələrək 103,88 dollara çatıb.

Digər kriptovalyutalardan “Zcash” son sutkada 4,81% bahalaşaraq 859,01 dollara, “Monero” 2,67% artaraq 516,71 dollara, “Bitcoin Cash” 1,55% yüksələrək 248,10 dollara, “Bittensor” isə 1,38% bahalaşaraq 231,07 dollara çatıb.

Qızıl əsaslı kriptovalyutalarda da bahalaşma qeydə alınıb. “PAX Gold” (PAXG) son 24 saatda 0,42% bahalaşaraq 4 438,91 dollara, “Tether Gold” (XAUT) isə 0,40% artaraq 4 430,28 dollara yüksəlib.

“CoinMarketCap 20” indeksi son sutkada 1,63% artaraq 161,31 bənd təşkil edib.

Kriptovalyuta bazarındakı yüksəlişə dolların son yüksəlişdən geri çəkilməsi və alternativ aktivlərə marağın davam etməsi dəstək verir. Bununla belə, FED-in sentyabrda faiz dərəcəsini artıracağına dair gözləntilərin güclənməsi, ABŞ istiqrazlarının gəlirliliyinin yüksəlməsi və geosiyasi gərginlik riskli aktivlər üçün təzyiq yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR