Bank Of Baku

“Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb

“Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb
# 19 sentyabr 2026 08:55 (UTC +04:00)

Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb.

APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib.

“Ethereum” 6,15% artaraq 2 619,97 dollara, BNB 1,84% bahalaşaraq 763,59 dollara, “Zcash” 3,37% yüksələrək 1 534,36 dollara çatıb. “Monero”da daha güclü artım qeydə alınıb – kriptovalyuta 11,38% bahalaşaraq 573,35 dollara yüksəlib. “Bittensor” 6,78%, “Bitcoin Cash” isə 1,25% dəyər qazanıb.

Qızıl əsaslı kriptovalyutalarda da müsbət dinamika müşahidə olunub. “PAX Gold” (PAXG) 0,36% bahalaşaraq 4 368,22 dollara yüksəlib.

“CoinMarketCap 20” indeksi son 24 saatda 5,35% artaraq 169,04 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması 1,63 trln. dollara yaxınlaşıb.

“Bitcoin”in yüksəlişi əvvəlki kəskin satışdan sonra başlayan bərpanın davam etməsi fonunda baş verir. Eyni zamanda neft qiymətlərinin geriləməsi və ABŞ xəzinə istiqrazlarının gəlirliliyinin azalması riskli aktivlərə marağın bərpasına dəstək verib. Bununla belə, FED-in faiz dərəcəsini 25 baza bəndi artırması və əlavə artımlara işarə etməsi bazar üçün əsas risklərdən biri olaraq qalır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR