Bank Of Baku

Kriptobirjada eniş yaşanıb - "Bitcoin"in qiyməti 63 min dollardan aşağı enib

Kriptobirjada eniş yaşanıb - "Bitcoin"in qiyməti 63 min dollardan aşağı enib
# 13 iyul 2026 08:04 (UTC +04:00)

Kriptovalyuta bazarında son sutkada satışlar davam edib.

APA-Economics” xəbər verir ki, son 24 saat ərzində bazar kapitallaşması 1,32% azalaraq 2,17 trilyon ABŞ dollarına enib.

Ən böyük kriptovalyuta olan “Bitcoin”in qiyməti son sutkada 2,00% azalaraq 62836,98 ABŞ dollarına düşüb.

Bazar kapitallaşmasına görə ikinci yerdə qərarlaşan “Ethereum”un qiyməti 1,65% azalaraq 1 779,67 ABŞ dolları, BNB-nin qiyməti isə 1,27% enərək 567,73 ABŞ dolları olub.

Qızılla təmin olunan rəqəmsal aktivlərdən “PAX Gold” (PAXG) 1,16% ucuzlaşaraq 4 052,43 ABŞ dollarına, “Tether Gold” (XAUt) isə 1,12% azalaraq 4 051,52 ABŞ dollarına geriləyib.

Digər iri kriptovalyutalardan “Bitcoin Cash” (BCH) 4,20%, Bittensor (TAO) 1,57% və “CoinMarketCap 20 Index” (CMC20) 2,11% ucuzlaşıb. Bununla yanaşı, “Zcash” (ZEC) 1,57% bahalaşıb.

Bazardakı enişə əsas səbəb investorların riskli aktivlərdən çıxış etməsi, mənfəət realizasiyası və qlobal maliyyə bazarlarında ehtiyatlı əhval-ruhiyyənin güclənməsidir. “Fear & Greed” indeksinin 29 bəndə düşməsi də bazarda "qorxu" əhvalının üstünlük təşkil etdiyini göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR