Kriptovalyuta bazarının son göstəriciləri

Kriptovalyuta bazarının son göstəriciləri
# 25 aprel 2025 10:06 (UTC +04:00)

Aprelin 25-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti artıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 10: 00-da “CoinMarketCap” platformasında 0.71% bahalaşaraq 93 252 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində isə azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.15% azalaraq 1767 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.11% ucuzlaşıb, BNB isə 0.21% bahalaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR