Bank Of Baku

Kriptovalyuta bazarının son göstəriciləri

Kriptovalyuta bazarının son göstəriciləri
# 06 may 2025 10:17 (UTC +04:00)

Mayın 6-da kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti nisbətən azalıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:50-də “CoinMarketCap” platformasında 0,18% ucuzlaşaraq 94 380 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0,34% azalaraq 1801 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 2.60% ucuzlaşıb, BNB isə 1.33% bahalaşıb.

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR