Bank Of Baku

Kriptovalyuta bazarının son göstəriciləri

Kriptovalyuta bazarının son göstəriciləri
# 11 dekabr 2025 09:30 (UTC +04:00)

Dekabr ayının 11-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti azalıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası son 24 saatda “CoinMarketCap” platformasında 2.65% ucuzlaşaraq 90 226 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 3.86% azalaraq 3201 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 3.88%, BNB isə 2.55% ucuzlaşıb.

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti bu ilin oktyabr ayında qeydə alınıb və qiyməti 126 min dolları ötüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR