Kriptovalyuta bazarının son göstəriciləri - "Bitcoin" ucuzlaşıb

Kriptovalyuta bazarının son göstəriciləri - "Bitcoin" ucuzlaşıb
# 09 aprel 2025 09:58 (UTC +04:00)

Aprelin 9-da kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti kəskin azalıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:45-də “CoinMarketCap” platformasında 3.98% ucuzlaşaraq 76 536 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 8.19% azalaraq 1455 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 4.32%, BNB isə 2.65% ucuzlaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR