Albaniya Ədliyyə Nazirliyi tərəfindən Türkiyəyə ekstradisiya edilən “Thodex” kriptovalyuta birjasının qurucusu Faruk Fatih Özerin barəsində həbs qərarı verilməsi üçün hakim qarşısına çıxarılacaq.
APA TRT Haber-ə istinadən xəbər verir ki, interpol tərəfindən qırmızı bülletenlə axtarılan Thodex-in qurucusu Faruk Fatih Özer 30 avqust 2022-ci ildə qaçdığı Albaniyada tutulub.
Albaniyanın məhkəmə orqanları Özerin Türkiyəyə ekstradisiyası ilə bağlı qərarı təsdiqləyib. Özer aprelin 20-də İstanbula gətirilib.
“Təşkilat qurmaq və idarə etmək”, “cinayətdən irəli gələn əmlakı leqallaşdırmaq” və “xüsusi dələduzluq”da ittiham olunan Özer barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə göndərilib.