Trampın son qərarı ilə “Bitcoin”in qiyməti 82 min dolları keçib

Trampın son qərarı ilə “Bitcoin”in qiyməti 82 min dolları keçib
# 10 aprel 2025 05:11 (UTC +04:00)

ABŞ prezidenti Donald Trampın Çindən başqa bütün ticarət tərəfdaşlarına qarşı tətbiq olunan əlavə rüsumları 90 gün müddətinə dayandırdığını elan etməsindən sonra “Bitcoin” 7 faizdən çox dəyər qazanıb.

APA xəbər verir ki, Trampın gömrük rüsumları ilə başlayan proses qlobal iqtisadiyyatı dərindən sarsıdıb.

Qeyd edək ki, dünən Çinə 125 faiz vergi rüsumu tətbiq etmək qərarına gələn Tramp Çindən başqa bütün ölkələrin vergilərini 90 gün müddətinə dayandırıb.

Məhz bundan sonra “Bitcoin”in qiyməti 82 min dolları aşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR