Stoltenberq: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli olduğuna inanmırıq”

Stoltenberq: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli olduğuna inanmırıq”
# 31 may 2016 12:04 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə, sülh yolu ilə tənzimlənməsinin və atəşkəs rejiminə hörmət edilməsinin vacibliyini bildirdik”.

APA-nın xəbərinə görə, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Varvaşa Univeristetində erməni tələbənin Azərbaycan və Ermənistan təmas xəttində baş vermiş son hadisələrlə bağlı sualını cavablandırarkən deyib.

NATO-nun hadisələr zamanı sakit qalmadığını söyləyən Y. Stoltenberq təşkilatın bəyanatda çıxış etdiyini xatırladıb: “Biz bununla bağlı bəyanat verdik. Hər iki tərəfə atəşkəs rejiminə hörmət edilməsi ilə bağlı müraciət etdim. Münaqişənin hərbi yolla həllinə inanmıram”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR