Qazaxıstanla qarşılaşacaq Azərbaycan millisinin start heyəti açıqlanıb

Qazaxıstanla qarşılaşacaq Azərbaycan millisinin start heyəti açıqlanıb
# 25 mart 2016 23:41 (UTC +04:00)

Bakı-APA. Bu gün Qazaxıstan yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək Azərbaycan yığmasının start heyəti müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Robert Prosineçki “11-lik”də bəzi yeniliklərə əl atıb.

Antalyada keçiriləcək matçda ilk dəqiqələrdən çərçivəni Kamran Ağayev qoruyacaq. Müdafiənin mərkəzi “Qarabağ”lı cütlük Rəşad Sadıqov və Bədavi Hüseynova tapşırılacaq. Sağda Maksim Medvedev, solda isə Arif Daşdəmirov çıxış edəcək.

Dayaq yarımmüdafiəçisi mövqeyində Qara Qarayev meydana çıxacaq. Onun önündə Araz Abdullayev və Dmitri Nazarov yer alacaqlar. Əfran İsmayılov yarımmüdafiənin sağ, Ağabala Ramazanov sol cinahında çıxış edəcək.

Hücumun sivri ucunda isə Ruslan Qurbanov qol axtarışında olacaq.

Ən diqqətçəkən məqam Araz Abdullayevin yarımmüdafiənin mərkəzində çıxış etməsi və Ağabala Ramazanovun start heyətinə düşməsidir.

Qeyd edək ki, Azərbaycan – Qazaxıstan oyunu bu gün, Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR