Xarici şirkətin “SOCAR Cape” şirkətinə qarşı şikayəti təmin edilməyib

Xarici şirkətin “SOCAR Cape” şirkətinə qarşı şikayəti təmin edilməyib
# 16 oktyabr 2015 09:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Human Resources Supplier” şirkətinin “SOCAR Cape” şirkətinə qarşı şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində “Human Resources Supplier” şirkətinin apellyasiya şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, “Human Resources Supplier” şirkəti “SOCAR Cape” şirkətinə qarşı pul tələbi iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı rədd edib. Bundan narazı qalan “Human Resources Supplier” şirkəti Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

“Socar Cape” MMC 2010-cu ildə qeydiyyatdan keçib. MMC-nin təsisçisi qismində SOCAR (51%) və Böyük Britaniyanın "Cape Industrial Services Limited" (49%) çıxış edir.

"SOCAR Cape" "Amec-Tekfen-Azfen" alyansı ilə "Chirag oil project" çərçivəsində platformanın yuxarı tikililərinin hazırlanması üzrə xidmətlərin göstərilməsi üçün müqavilə imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR