Türkiyədə partlayış olub, 3 əsgər yaralanıb

Türkiyədə partlayış olub, 3 əsgər yaralanıb
# 25 sentyabr 2016 20:37 (UTC +04:00)

Bakı-APA.Türkiyənin Hakkari vilayətində törədilən partlayış nəticəsində 3 hərbi qulluqçu yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Hakkari-Çukurca şosesində PKK terrorçularının yola basdırdığı partlayıcı qurğu hərbi avtomobil keçdiyi zaman işə düşüb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib.Yaralanan əsgərlər Hakkari Dövlət Xəstəxanasına göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR