SOCAR prezidenti: "Azərbaycan İranla svop rejiminlə keçidlə bağlı danışıqlar aparıb"

SOCAR prezidenti: "Azərbaycan İranla svop rejiminlə keçidlə bağlı danışıqlar aparıb"
# 18 sentyabr 2015 11:45 (UTC +04:00)

"APA-Economics"in məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

R. Abdullayevin sözlərinə görə, qış aylarında İranın Şimal regionlarında qaz təchizatı ilə bağlı problemlər olur: "Bunun üçün də biz məcbur oluruq Naxçıvan svopunun daxilində əlavə qaz həcmləri verək ki, İranın Şimal hissəsinə qaz çatdıraq. Biz İranla danışıqlar aparmışıq ki, onlara lazım olan həcmləri yay aylarında yığıb hazırlayaq. Qış aylarında bizdə də problem ola bilər. Bunun üçün də biz onlarla bu barədə danışıqlar aparmışıq. Bizim anbarların imkanları böyükdür və İran tərəfi qış aylarında onlara lazım olan həcmi yay aylarında bizim anbarlara yığa bilər ki, qış da bu təminatı həyata keçirə bilsin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR