FED rəhbəri Canet Yellen: "Uçot dərəcəsinin artırılmasına ehtiyatlı yanaşmaq lazımdır"

FED rəhbəri Canet Yellen: "Uçot dərəcəsinin artırılmasına ehtiyatlı yanaşmaq lazımdır"
# 21 iyun 2016 18:19 (UTC +04:00)

Bakı - APA-Economics. ABŞ-ın Federal Ehtiyatlar Sisteminin rəhbəri Canet Yellen (FED) Senatın Bank Komitəsinin üzvləri qarşısında ölkə iqtisadiyyatının mövcud durumundan danışıb.

"APA-Economics"in məlumatına görə, C. Yellen qeyd edib ki, qlobal risklər və məşğulluğun artım tempinin ləngiməsi uçot dərəcəsinin artırılmasına yanaşmanın daha ehtiyatlı olmasını zəruri edir. "FED ABŞ iqtisadiyyatında artımın bərpa olmasını gözləyir", - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR