Bakıda təmir sexi və meyvə-tərəvəz mağazasında yanğın olub

Bakıda təmir sexi və meyvə-tərəvəz mağazasında yanğın olub
# 29 sentyabr 2016 07:08 (UTC +04:00)

Bakı-APA. Bu gün Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan avtomobil təmir sexinin lambirindən ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları 8 m² sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Suraxanı rayonunda isə vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan meyvə-tərəvəz satışı mağazasında 1 ədəd kondisioner yanıb. Mağaza yanğından mühafizə olunub. Yanğın saat 07:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR