İraqın müdafiə nazirinə sui-qəsd cəhdi olub

İraqın müdafiə nazirinə sui-qəsd cəhdi olub
# 09 avqust 2016 11:28 (UTC +04:00)

Bakı-APA. Avqustun 8-də Mosul şəhəri yaxınlığında İraqın müdafiə naziri Xalid əl-Obeydiyə qarşı sui-qəsd cəhdi olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, X. əl-Obeydinin olduğu avtomobil karvanı İmam Qərib kəndi yaxınlığında avtomat silahlardan və minaatanlardan atəşə tutulub.

İraq Müdafiə Nazirliyi hücum zamanı müdafiə nazirinin, o cümlədən avtomobil karvanında olanlardan heç kimin xəsarət almadığı, ölən olmadığı barədə məlumat yayıb.

Sui-qəsd cəhdi ilə bağlı hələlik heç bir radikal qrupa qarşı ittiham irəli sürülməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR