Türkiyə-İsrail münasibətlərinin normallaşmasına dair sənəd TBMM-ə təqdim edilib

Türkiyə-İsrail münasibətlərinin normallaşmasına dair sənəd TBMM-ə təqdim edilib
# 17 avqust 2016 14:12 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasına dair beynəlxalq müqavilə Türkiyə parlamentinə təqdim edilib.

APA-nın “Hürriyyət”ə istinadən verdiyi məlumata görə, Xarici İşlər Nazirliyi tərəfindən hazırlanan və Nazirlər Kabinetinə təqdim olunan müqavilə baş nazir Binəli Yıldırımın imzası ilə Türkiyə Böyük Millət Məclisinə göndərilib.

Sənəddə göstərilir ki, “Mavi Mərmərə” gəmisində öldürülən Türkiyə vətəndaşlarının ailələri üçün nəzərdə tutulmuş 20 milyon dollarlıq təzminat müqavilə qüvvəyə minəndən sonra 25 gün ərzində ödəniləcək. Həmçinin bildirilir ki, “Mavi Mərmərə” ilə bağlı İsrailə qarşı açılmış cinayət işləri ləğv olunacaq.

Müqavilə TBMM-də təsdiqləndikdən sonra hər iki ölkənin qarşılıqlı olaraq səfirləri təyin edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR