28 İŞİD terrorçusu öldürülüb, iki nəqliyyat vasitəsi məhv edilib

28 İŞİD terrorçusu öldürülüb, iki nəqliyyat vasitəsi məhv edilib
# 30 may 2016 08:47 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Hələbin şimalında İŞİD terror təşkilatına məxsus 58 hədəfə zərbələr endirilib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, zərbələr nəticəsində azı 28 İŞİD terrorçusu öldürülüb.

Xüsusi əməliyyat zamanı terror təşkilatına məxsus iki bomba yüklü nəqliyyat vasitəsi də məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR