Ağstafada 8 yaşlı oğlanı maşın vurub

Ağstafada 8 yaşlı oğlanı maşın vurub
# 06 iyul 2016 20:46 (UTC +04:00)

Ağstafa. Azər Məmmədli – APA. Ağstafada avtomobil piyadanı vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.

Kənd sakini 2008-ci il təvəllüdlü Ayaz Araz oğlu Həsənzadə yolu keçmək istəyərkən “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub.

A. Həsənzadə dərhal Ağstafa Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR