Rio-2016: Azərbaycan idmançılarının VIII günü

<span style="color: red;">Rio-2016:  Azərbaycan idmançılarının VIII günü
# 12 avqust 2016 01:35 (UTC +04:00)

Bakı-APA. Braziliyada Yay Olimpiya Oyunları davam edir. Apasport.az saytının məlumatına görə, 24 dəst medalın öz sahibini tapacağı VIII gündə 5 idmançımız mübarizə aparacaq.

Onlardan Albert Səlimovla Kamran Şahsuvarlı növbəti döyüşlərinə çıxacaqları halda, Uşanqi Kokaurinin taleyinə bu gün aydınlıq gələcək. Həmçinin, Ruslan Lunyovla Anna Skidan da təsnifat mərhələsində nəyə qadir olduqlarını göstərəcəklər.

Boks

1/8 final

01:15. Albert Səlimov (60 kq) - Sofian Oumiha (Fransa)

01:30. Kamran Şahsuvarlı (75 kq) – Artyom Çebotaryov (Rusiya)

Cüdo

1/16 final

17:07. Uşanqi Kokauri (+100 kq) – Arturs Nikiforenko (Latviya)

Güllə atıcılığı

25 m, təsnifat mərhələsi

19:15. Ruslan Lunyov

Atletika

Çəkicatma, təsnifat mərhələsi

03:40. Anna Skidan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR