Tailandda törədilən partlayışlar nəticəsində yaralananların sayı 24-ə çatıb

Tailandda törədilən  partlayışlar nəticəsində yaralananların sayı 24-ə çatıb
# 12 avqust 2016 01:31 (UTC +04:00)

Bakı-APA. Tailandın Xuaxin kurort bölgəsində törədilən iki partlayış nəticəsində yaralananların sayı 24 nəfərə çatıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayıcı qurğular gül dibçəklərində gizlədilib və mobil telefon vasitəsilə işə salınıb. Birinci partlayış turizm rayonunda gecə klubunun qarşısında törədilib, ikinci isə bir saat sonra, 100 metr aralıda yerləşən digər barın yanında törədilib.

Məlumata görə, yerli sakin olduğu ehtimal edilən bir qadın xəstəxanaya keçinib. Yaralılardan 10 nəfəri əcnəbilərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR