"Lisenziyalar və icazələr haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib

"Lisenziyalar və icazələr haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib
# 12 fevral 2016 11:15 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Məclisin plenar iclasında “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.


APA-nın məlumatına görə, millət vəkili Fazil Mustafa deyib ki, lisenziyaların alınmasına baxmayaraq, həmin sahədə inhisarçılıq varsa, bu, sahibkarın fəaliyyət göstərməsinə mane olacaq: “Buna görə də qanun layihəsində inhisarçılığın qarşısının alınması məsələsi də yer almalıdır. Yoxsa növbəti devalvasiyadan sonra yenidən yığışacağıq ki, nə edək ki, sahibkarlıq inkişaf etsin”.

Millət vəkili Bəxtiyar Əliyev lisenziya tələb olunan fəaliyyət sahələrinin qanunda əksini tapmasını təklif edib.

Qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR