“Unibank” müştəriləri “Albalı Plus” debet kartlarının üstünlükləri ilə tanış edir

“Unibank” müştəriləri “Albalı Plus” debet kartlarının üstünlükləri ilə tanış edir
# 09 fevral 2016 14:53 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Unibank” müştəriləri “Albalı Plus” debet kartlarının üstünlükləri ilə tanış edir.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, bu kartların müştərilər tərəfindən seçilməsinə səbəb “Albalı Plus” debet kartlarının bazardakı mövcud debet kartlarından üstün funksiyalarının olmasıdır.

Belə ki, “Albalı Plus” debet kartından öz şəxsi vəsaitini “Unibank” bankomatlarından nağdlaşdıran kart sahibi heç bir komissiya ödəmir. Müştəri hesabındakı bütün məbləği 0% komissiya ilə nağdlaşdıra bilir. Hansı ki, bazardakı əksər debet kartlarda şəxsi vəsaitin nağdlaşdırılması zamanı faiz tutulur. Digər bir unikal üstünlük kart sahibinin kartda olan vəsaitinə depozit faizi hesablanmasıdır: “Kartda olan vəsaitinizi istədiyinizdə nağdlaşdıra, istədiyinizdə isə depozit kimi saxlayıb əlavə gəlir qazana bilərsiniz. “Albalı Plus” debetdə vəsait saxlayan müştərilər kartın valyutasından və reytinqindən asılı olaraq, illik 6%-dək gəlir əldə edəcəklər”.

Kartın digər üstünlüklərinə gəlincə, “Albalı Plus” debet kartını istədiyiniz valyutada - həm manat, həm də dollarda sifariş etmək mümkündür. “Albalı Plus” debet kartı istifadəçilərinə dünyanın hər bir nöqtəsində pos-terminal olan mağazada alış-veriş etmək və ya onlayn şəkildə rahat və daha təhlükəsiz ödəniş etmək imkanını yaradır.

Kartı www.unibank.az saytından onlayn sifariş edərək, vaxt itirmədən bank filialından hazır kartınızı götürə bilərsiniz.

Yaxın vaxtlarda isə “Albalı Plus” debet kartı ilə təmassız (contactless) ödəniş etmək də mümkün olacaq. Bu texnologiyanın özəlliyi ölkə daxilində 20 manatadək xırda alış-veriş əməliyyatlarının PIN-kod daxil edilmədən yerinə yetirilə bilməsidir. Bu, kart istifadəçilərinin vaxtına qənaətə imkan yaratmaqla, kartdan istifadəni daha da asanlaşdırır.

“Albalı Plus” debet kartına sahib olmaq çox asandır. Bunun üçün işdən arayış almağa ehtiyac yoxdur, sadəcə şəxsiyyət vəsiqəsi ilə istənilən “Unibank” filialına müraciət edə bilərsiniz. Kartın qiyməti 10 manat/dollardır.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, unibank.az və albali.az saytlarından və yaxud bankın Facebook və Twitter səhifələrindən www.facebook.com/unibank.az və https://twitter.com/unibank əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR