DGK: MDB ölkələrinin bəzi mağazalarında satılan malların üzərində Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilir

DGK: MDB ölkələrinin bəzi mağazalarında satılan malların üzərində Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilir
# 17 mart 2016 14:08 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən aparılan araşdırmalar nəticəsində ölkəmizin milli mətbəxinə aid olan bəzi qida məhsullarının Müstəqil Dövlət Birliyi (MDB) ölkələrinin ticarət şəbəkələrində ticari adı və istehsal yeri haqqında məlumatların təhrif olunaraq müvafiq idxalatçılar tərəfindən satışa buraxılması halları müəyyən edilib.

Komitənin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, ölkəmizin milli mətbəxinə xas olan “Tut doşabı” və s. qida məhsullarının, üzərindəki ticarət nişanlarında Ermənistan brendi olduğu, üstəlik istehsal edildiyi tarixi Azərbaycan torpaqları - Xankəndi şəhəri, Xocalı rayonu Ermənistan ərazisi kimi göstərilməklə satışa təqdim olunur.

Beynəlxalq hüquq və ticarət qaydalarının kobud şəkildə pozulması hallarını müəyyənləşdirən DGK qeyri-qanuni əməllərin qarşısının alınması və həmin malların idxalına yol verilməməsi məqsədilə aidiyyəti qurumların qarşısında məsələ qaldırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR