ABŞ-da 6,9 bal gücündə zəlzələ baş verib - YENİLƏNİB

ABŞ-da 6,9 bal gücündə zəlzələ baş verib - <span style="color: red;">YENİLƏNİB
# 05 may 2018 01:36 (UTC +04:00)

ABŞ-ın Havay ştatında 6,9 bal gücündə zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

Yeraltı təkanların episentri Havay Paradiz Park yaşayış məntəqəsindən 25 km cənub-qərbdə, ocağı 5 km dərinlikdə yerləşib.

Məlumata görə, zəlzələdən sonra bölgədə ardıcıl 20-dək yeraltı təkan qeydə alınıb.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, mayın 4-də Havay adalarında Kilaueya vulkanının puskürməsi ilə əlaqədar təcili təxliyə elan edilib.

***

02:31

Havay adalarında 5,3 bal gücündə zəlzələ baş verib.

APA-nın məlumatına görə, bu barədə “ABC News” ABŞ-ın Geoloji Xidmətinə istinadən xəbər verib.

Məlumata görə, zəlzələdən sonra qısa müddət ərzində 3,0-4,2 maqnitudalı bir neçə təkan qeydə alınıb.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR