Bakıda dollar satan şəxs saxlanılıb

Bakıda dollar satan şəxs saxlanılıb
# 01 mart 2017 09:33 (UTC +04:00)

Bakı şəhərində dollar satan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 28-də paytaxtın Nizami rayonu ərazisində Sumqayıt şəhər sakini Taleh Ağayev 100 ABŞ dollarını 178 manata satdığı üçün Nizami Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin 430-cu maddəsi ilə protokol tərtib olunub və o, cərimə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR