Şəkidə 61 yaşlı qadın dəm qazından boğulub

Şəkidə 61 yaşlı qadın dəm qazından boğulub
# 01 fevral 2017 09:06 (UTC +04:00)

Şəkidə dəm qazı bir nəfərin həyatına son qoyub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə yanvarın 31-də Şəki rayonunun Cəfərabad kəndində baş verib.

Kənd sakini 61 yaşlı Kifayət İsmayılova evində dəm qazından zəhərlənərək ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR