Əfqanıstanlı nazir: “Azərbaycandan ölkəmizə investisiyaların cəlb edilməsində maraqlıyıq”

Əfqanıstanlı nazir: “Azərbaycandan ölkəmizə investisiyaların cəlb edilməsində maraqlıyıq”
# 14 aprel 2015 10:02 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Əfqanıstan Azərbaycanı bu ölkənin neft-qaz sektoruna investisiya yatırmağa çağırır.

APA-Economics”in xəbərinə görə, bunu Əfqanıstanın dağ-mədən və neft sənayesi naziri Daud Şah Səba deyib.

Nazir bildirib ki, Azərbaycanın neft-qaz sahəsində böyük təcrübəsi var: “Biz Azərbaycandan ölkəmizin neft-qaz sektoruna investisiya cəlb etmək istəyirik. Biz regionun təbii ehtiyatlarla ən zəngin ölkəsiyik”.

O Əfqanıstanda görüləcək işin üstün cəhətinin bu ölkədə rəqabətin az, kapitaldan gələn gəlirin isə yüksək olması ilə əlaqələndirib. Bundan başqa, nazir iki ölkə arasında ticarət dövriyyəsinin 2 mln. dollar olduğunu bildirib. Onun sözlərinə görə, bu rəqəm Azərbaycandan ölkəyə idxal olunan məhsulların hesabına formalaşıb. Nazir Əfqanıstandan Azərbaycana ixracın ən aşağı səviyyədə olduğunu da qeyd edib.

“Biz öz məhsullarımızı Xəzər Dənizi vasitəsilə Türkmənistandan keçərək Azərbaycan, Gürcüstan və Türkiyəyə göndərməkdə maraqlıyıq. İnanıram ki, Azərbaycan da bu məsələdə maraqlıdır”, - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR