Rusiya "İŞID" və "Müsəlman qardaşları"nı terrorçu təşkilat kimi tanıyıb

Rusiya "İŞID" və "Müsəlman qardaşları"nı terrorçu təşkilat kimi tanıyıb
# 27 fevral 2015 23:23 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə FTX-nin rəsmi internet səhifəsində məlumat yer alıb. FTX-nin saytında yer alan məlumatda siyahıya əlavə olunan 20-dən çox təşkilatın Rusiyada terrorçu kimi tanındığı qeyd olunub.

"Təşkilatların vahid federal siyahısına Rusiya Federasiyası qanunvericiliyinə uyğun olaraq terrorçu kimi tanınan 22 təşkilat əlavə olunur, o cümlədən "İslam dövlət" (İŞID), "İmarət Qafqaz" və "Müsəlman qardaşları" təşkilatları" -deyə məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR