Dilçilik İnstitutu: Bəzi qurumlar orfoqrafiya lüğətindən kommersiya məqsədləri üçün istifadə edir

Dilçilik İnstitutu: Bəzi qurumlar orfoqrafiya lüğətindən kommersiya məqsədləri üçün istifadə edir
# 18 yanvar 2017 11:36 (UTC +04:00)

"Yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş aparılır". APA-nın xəbərinə görə, bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Şahlar Məmmədov deyib.

O bildirib ki, bütün təkliflər hazırlanmaqla çox mükəmməl orfoqrafiya lüğəti hazırlanacaq.

"Bəzi qurumlar var ki, orfoqrafiya lüğətindən kommersiya məqsədləri üçün istifadə edirlər" - deyə Ş. Məmmədov qeyd edib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud Dilçilik İnstitutu tərəfindən hazırlanan “Orfoqrafiya lüğəti”ni tənqid edərək, bildirib lüğət sanki Azərbaycan dilindən tam xəbərsiz insanlar tərəfindən hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR