Vergilər naziri Belçikanın Azərbaycandakı səfiri ilə görüşüb

Vergilər naziri Belçikanın Azərbaycandakı səfiri ilə görüşüb
# 20 iyul 2018 09:23 (UTC +04:00)

Vergilər Nazirliyində Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bert Şufs ilə görüş keçirilib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, vergilər naziri Mikayıl Cabbarov Azərbaycanda mövcud olan vergi mühiti və xarici investorlar üçün yaradılan şərait barədə məlumat verib. Görüşdə Azərbaycanda iqtisadi sahədə aparılan islahatlar, ölkələrarası ticarətin genişlənməsi, investisiyaların yatırılması və əməkdaşlıq məsələlərinə toxunulub.

Tərəflər Azərbaycan və Belçika Krallığı arasında iqtisadi əməkdaşlığın perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR