Azərbaycana qanunsuz yolla kondisioner hissələrinin gətirilməsinin qarşısı alınıb

Azərbaycana qanunsuz yolla kondisioner hissələrinin gətirilməsinin qarşısı alınıb
# 17 iyul 2018 10:38 (UTC +04:00)

Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Özbəkistandan Bakı şəhərinə gələn yükə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, avtomaşınla daxil olan və müvafiq gömrük bəyannaməsi ilə bəyan edilən yükə baxış zamanı, bəyan edilən mallardan əlavə gömrük orqanına bəyan olunmayan 20 ədəd "Shivaki Air Conditioner 18000 BTU/H" markalı kondisionerin hissələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR