Xalq artisti, doktor Eldost Bayram müalicə olunduğu xəstəxanadan evə buraxılıb.
Bu barədə APA-ya Xalq artistinin xanımı Minarə Bayramova məlumat verib.
O bildirib ki, E. Bayram bundan sonra müalicəsini evdə davam etdirəcək.
Qeyd edək ki, E.Bayram bir müddət öncə “COVID-19” diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.