Bank Of Baku

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
# 02 oktyabr 2026 18:40 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib.

Nazirlikdən APA-ya verilən məlumata görə, şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən yaradılan DOST mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi istiqamətində işlərin bu il də davam etdirildiyini bildirib. Cari ildə də Naxçıvan şəhərində Regional DOST Mərkəzinin, Tərtər, Neftçala və İmişli DOST Qəbul şöbələrinin istifadəyə verildiyi qeyd edilib.

Vurğulanıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında dövlət sosial xidmətləri “bir pəncərə”dən, şəffaf və operativ şəkildə, vətəndaş məmnunluğuna uyğun göstərilir. 2026-cı ilin ötən dövründə də DOST xidmətlərindən vətəndaş məmnunluğu səviyyəsi 99,2 faiz olub.

Artıq ölkəmizdə 8 DOST mərkəzi, 4 DOST Qəbul şöbəsi və 3 DOST məntəqəsi fəaliyyət göstərir və qarşıdakı dövrdə DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək. İclasda DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Agentliyin bu ilki fəaliyyəti, DOST mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər, innovativ rəqəmsal həllərin tətbiqi, hədəflərlə bağlı təqdimat edib.

Agentliyin fəaliyyət istiqamətləri üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR