ABB-nin İdarə Heyəti sədrinin müavini işdən çıxıb

ABB-nin İdarə Heyəti sədrinin müavini işdən çıxıb
# 31 mart 2017 10:10 (UTC +04:00)

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin rəhbərliyində kadr dəyişikliyi baş verib. "APA-Economics" xəbər verir ki, bankın İdarə Heyətinin sədr müavini Ülvi Mansurov işdən çıxıb.

Hələlik Ü.Mansurovun yerinə təyinat yoxdur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən isə "APA-Economics"ə verilən məlumata görə, Ü.Mansurov "Azərpoçt" MMC-nin baş direktoru təyin olunub.

Qeyd edək ki, Ü.Mansurovun "Azərpoçta"a təyinatını ilk olaraq "Qafqazinfo" portalı yazıb.

Əlavə edək ki, Ü.Mansurovdan öncə "Azərpoçt"un baş direktoru Sübhan Kazımov olub. Hazırda S.Kazımov baş direktorun müavini vəzifəsini icra edir.

Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR