“Qəbələ” və “İnter” klublarının Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib

“Qəbələ” və “İnter” klublarının Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib
# 10 iyul 2015 00:01 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, Tiflis “Dinamo”sunu yolundan kənarlaşdıraraq tarixində ilk dəfə növbəti mərhələ sevinci yaşamış “Qəbələ”nin rəqibi Serbiyanın “Çukariçki” klubu olacaq.

Serblər Sloveniya “Domjale”sini iki oyunun nəticəsinə görə geridə (1:0, 0:0) qoyaraq növbəti turda oynamağa haqq qazanıblar.

“Qəbələ” ilə “Çukariçki” arasındakı ilk oyun iyulun 16-da Serbiyanın paytaxtı Belqradda baş tutacaq. Cavab görüşü isə bir həftə sonra Qəbələdə keçiriləcək.

Növbəti mərhələdə çıxış etməyə haqq qazanmış digər təmsilçimiz Bakının “İnter” klubu isə İslandiya təmsilçisi “Hafnarfyordur” ilə qarşılaşacaq. İslandiyalılar ikinci mərhələyə Finlandiya təmsilçisi SJK-nı üstələyərək çıxıb.

Belə ki, ilk oyunda səfərdə 1:0 hesablı qələbə qazanmış “qeyzerlər ölkəsi”nin təmsilçiləri cavab qarşılaşmasında, öz meydanında da eyni nəticəyə nail olaraq növbəti mərhələyə çıxmağa haqq qazanıb.

Qeyd edək ki, reqlamentə görə, “İnter” də “Qəbələ” kimi ilk oyununu iyulun 16-da səfərdə, cavab qarşılaşmasını isə bir həftə sonra evdə keçirəcək.

UEFA Avropa Liqası

II təsnifat mərhələsi, 16 iyul

“Çukariçki” (Serbiya) – “Qəbələ” (Azərbaycan)

“Hafnarfyordur” (İslandiya) – “İnter” (Azərbaycan)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR