Son 1 ildə problemli kreditlərin həcmi 2%-dən çox azalıb

Son 1 ildə problemli kreditlərin həcmi 2%-dən çox azalıb
# 10 fevral 2017 14:19 (UTC +04:00)

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi 2017-ci il yanvarın 1-nə 1 mlrd. 472,6 mln. manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 35,9 mln. manat və ya 2,4% azdır.

Ötən ilin noyabr ayı ilə müqayisədə dekabrda problemli kreditlərin həcmi 30,3 mln. manat və ya 2,1% artıb.

Hesabat dövründə milli valyutada 8 663,1 mln. manatlıq kredit verilib ki, bunun da 682,4 mln. manatının və ya 7,87%-nin ödəmə vaxtı gecikir. Bu müddətdə xarici valyutada 7 781,4 mln. manatlıq kredit verilib. Xarici valyutada problemli kreditlərin həcmi 790,2 mln. manat və ya 10,2% təşkil edir. Ümumiyyətlə, manatda vaxtı keçmiş kreditlərin ümumi problemli kreditlərin həcmində çəkisi 46,3%, xarici valyutada isə bu göstərici 53,7% təşkil edir.

Onu da qeyd edək ki, ötən ilin dekabrında vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 8,9% təşkil edir.

Kredit qoyuluşlarında azalma “Azərbaycan Beynəlxalq Bankı” ASC-də aparılan restrukturizasiya tədbirləri ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR