Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bir qrup iraqlı tələbənin məzun olması münasibəti ilə tədbir keçirilib.
APA-nın məlumatına görə, 60-dan çox tələbə müxtəlif ixtisaslar üzrə təhsilini başa vurub.
Tədbir zamanı təhsillərini bitirən məzunlar və bəzi müəllimlər mükafatlara layiq görülüb. Tədbir bədii hissə ilə davam edib.