"Uber"in vergiyə cəlb edilməsi ilə əlaqədar iclas keçirilib

"Uber"in vergiyə cəlb edilməsi ilə əlaqədar iclas keçirilib
# 17 oktyabr 2017 12:23 (UTC +04:00)

Azərbaycan Banklar Assosiasiyasında (ABA) “Uber” taksi xidmətinin vergiyə cəlb edilməsi ilə əlaqədar iclas keçirilib.


Assosiasiyadan "APA-Economics"ə verilən məlumata görə, iclasda ABA-nın "Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə" ekspert qrupunun sədri Məhəmməd Məmmədov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş sistemlərinə nəzarət sektorunun rəhbəri Tamerlan Rüstəmov, Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin şöbə müdiri Fuad Səbziyev və ekspert qrupunun üzvləri iştirak ediblər.


İclas zamanı "Uber" ilə bağlı qeyri-rezidentə elektron qaydada aparılan ödənişlər, digər taksi sistemlərinə elektron ödənişlərin tətbiqi, eləcə də "Uber" taksi xidmətinin vergiyə cəlb edilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda "Azericard" MMC ABA-nın üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR