"Anglo Asian Mining" qızılın orta satış qiymətini açıqlayıb

"Anglo Asian Mining" qızılın orta satış qiymətini açıqlayıb
# 22 sentyabr 2017 08:45 (UTC +04:00)

"Anglo Asian Mining" şirkəti 2017-ci ilin birinci yarısında Azərbaycandakı yataqlardan hasil etdiyi qızılın 1 unsiyasını 1 238 dollarlıq orta qiymətə satıb. "APA-Economics" xəbər verir ki, bu barədə şirkətin yarımillik hesabatında deyilir.

"Qiymətli metalların qiymətində 2016-cı ildə müşahidə etdiyimiz artım 2017-ci ilin ilk yarısında da davam edib. 2017-ci ilin yanvar-iyun ayları ərzində biz qızılın 1 unsiyasını orta hesabla 1 238 dollara (2016-cı ilin ilk yarısında 1 230 dollar) satmışıq", - deyə sənəddə qeyd edilib.

Hesabatda deyilir ki, qiymət artımı iyun ayından etibarən başlayıb və hazırda qızılın unsiyasının orta qiyməti 1 300 dollar təşkil edir.

Maraqlıdır ki, "Anglo Asian Mining" hesabat dövründə Azərbaycanda hasilatı 31,4% və ya 23,218 min unsiyayadək azaldıb.

"Anglo Asian Mining" 1997-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir. Həmin dövrdə imzalanan PSA müqaviləsinə əsasən, şirkət ölkə ərazisində 6 qızıl yatağında hasilat işləri aparır. PSA müqavilədə "Anglo Asian Mining" 49%-lik paya malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR