Salyanda sirkə turşusu içən şəxs ölüb

Salyanda sirkə turşusu içən şəxs ölüb
# 10 iyul 2017 14:54 (UTC +04:00)

Salyanda sirkə turşusu içərək intihara cəhd edən şəxs ölüb.

APA-nı Mil-Muğan bürosunun məlumatına görə, həmin şəxs bu gün vəfat edib.

O, iyulun 8-də sirkə turşusu içərək intihara cəhd edib.

İyulun 8-də sirkə turşusu içərək intihara cəhd etmiş həmin şəxsin xəstəxanaya gətirilərkən özünü Axundov Rasim Xankişi oğlu kimi təqdim etdiyi məlum olub. O, xəstəxanada qeydiyyatdan öz adı ilə keçməyib.

Şəxsiyyəti məlum olmayan həmin şəxs Salyan morquna təhvil verilib.

Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR