Prokuror Akif Çovdarov və digərlərinə cəza istəyəcək

Prokuror Akif Çovdarov və digərlərinə cəza istəyəcək
# 09 avqust 2017 12:51 (UTC +04:00)

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Kamandar Nəsibovun APA-ya vediyi xəbərə görə, iclasda müdafiə tərəfinin bir sıra vəsatətlərinə baxılıb. Daha sonra çıxış üçün söz dövlət ittihamçısına verilib. Lakin o, çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. İclas qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR