Güclü külək şimal bölgəsində məktəb binasının və evlərin damını uçurub

Güclü külək şimal bölgəsində məktəb binasının və evlərin damını uçurub
# 24 aprel 2017 09:37 (UTC +04:00)

Bu gün səhər saatlarında güclü gülək şimal bölgəsində bir sıra fəsadlar törədib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayonunun Qonaqkənd kəndində 2, Rustov kəndində 2, Nügədi Qazmalar kəndində 1, Cimi kəndində 1 yaşayış evinin və məktəb binasının damı uçub.

Güclü külək Şabran və Siyəzən rayonlarında bir yaşayış evinin damını aşırıb.

Siyəzəndə yerləşən kondensator zavodunun da damı uçub.


Qusar rayonunda külək yardımçı tikililərə və elektrik təsərrüfatına ziyan vurub. Elektrik dirəkləri aşıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb.


Xaçmazda isə külək bəzi ərazilərdə ağacları aşırıb, elektrik xətlərinə ziyan vurub.

Dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR