Uorlik: “Vyana və Sankt-Peterburq görüşlərində münaqişənin həlli üçün yaxşı imkan yaranıb”

Uorlik: “Vyana və Sankt-Peterburq görüşlərində münaqişənin həlli üçün yaxşı imkan yaranıb”
# 22 oktyabr 2016 09:11 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Mən və həmkarlarım səbirsizliklə Azərbaycan prezidenti ilə görüşü gözləyirik”.

APA-nın məlumatına görə, bu sözləri Bakıda mətbuat konfransı keçirən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

“Biz əhəmiyyətli və vacib işimizi davam etdirməyə hazırıq. Vyana və Sankt-Peterburq görüşlərində Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli üçün yaxşı imkan yaranıb. Bakıda və İrəvanda bu istiqamətdə danışıqları davam etdirəcəyik”, - deyə C. Uorlik söyləyib. O bildirib ki, ABŞ, Rusiya və Fransa münaqişənin həllinin tapılması istiqamətində sıx fəaliyyət göstərir: “Biz bu yaxınlarda Moskvada xarici işlər naziri Sergey Lavrovla görüşdük. Hər üç həmsədrin bölüşdüyü bir məqsəd var: biz münaqişənin sülh yolu ilə həllini tapmaq istəyirik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR